Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC-də Argentina səfiri ilə görüş keçirilib - Şəkil

Tarix: 22-02-2021 19:03     Baxış: 4253 A- / A+
“Azərbaycan Dəmir Yolları” QSC-də Argentina səfiri ilə görüş keçirilib - Şəkil

“Azərbaycan Dəmir Yolları” QSC-də Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Qunella ilə görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində mövcud potensialı müzakirə olunub.

Manevr.az-ın məlumatına görə, “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, tranzit daşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. Qeyd olunub ki, 2020-ci ildə Argentinadan ölkəmizə 3334 ton yük idxal edilib. Hər iki ölkə arasında tranzit yükdaşımaların həcmi 28 ton, ixrac yönümlü yüklərin həcmi isə 37 411 ton olub. Daşınan yüklərin arasında qara metal və mineral tikinti materialları, çörək və ərzaq məhsulları üstünlük təşkil edib. Görüşdə Argentina mənşəli yüklərin daşınması ilə bağlı təkliflər və ilkin marşrut sxemi təqdim olunub. Diqqətə çatdırılıb ki, dəniz xətti şirkətləri və tranzit keçən ölkələrin dəmir yolları qurumları ilə sıx əməkdaşlıq Azərbaycan və Argentina arasında yüklərin əlverişli və səmərəli çatdırılmasına imkan verir.
“Azərbaycan Dəmir Yolları” QSC-də Argentina səfiri ilə görüş keçirilib - Şəkil

Qeyd olunub ki, həmin daşınmaların Argentinanın konteyner terminalları və limanlarından götürülərək, Türkiyənin Mersin, Gürcüstanın Poti limanına çatdırılması, oradan dəmir yolu platforması üzərindən Azərbaycana və Rusiyaya, Ələt Limanı vasitəsilə Orta Asiya ölkələrinə nəqlinin həyata keçirilməsi mümkündür. Yüklərin eyni sxem əsasında Argentinaya daşınmasını da reallaşdırmaq olar.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səfir Serxio Perez Qunella Bakıdakı diplomatik fəaliyyəti müddətində xalqlarımız arasında bir sıra oxşarlıqlar müşahidə etdiyini deyib. 44 günlük Vətən müharibəsi müddətində xalqımızın əzmkarlığının, mübarizliyinin şahidi olduğunu qeyd edən diplomat qələbə münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm dəhliz funksiyasını yerinə yetirdiyini deyən qonaq Argentinanın dəmir yollarının hazırki vəziyyəti və inkişaf istiqamətləri barədə danışıb.

Görüşdə Azərbaycanın dəmir yolu nəqliyyatının daxili və xarici imkanlarını əks etdirən təqdimat keçirilib.

Sonda hədiyyələr təqdim olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar