Xəbər lenti
Oqtay Əsədovun keçmiş kürəkəni: “Özümü londonlu adlandırmaqdan qürur duyuram”
Mayın 6-da Böyük Britaniyanın paytaxtı Londonda növbəti mer seçkiləri keçiriləcək. Namizədlərin arasında bir azərbaycanlının adı da gözə dəyir.
Manevr.az xəbər verir ki, Yenilənmə Partiyasından (“Renew”) namizədliyi irəli sürülən Kam Balayev Milli Məclisinin keçmiş sədri Oqtay Əsədovun kürəkəni olub. Londonda daimi məkunlaşandan sonra adı Kam kimi qeyd edilən Kamran Balayev bir neçə il əvvəl Oqtay Əsədovun qızı ilə yollarını ayırıb. Amma bu ayrılıq qalmaqalsız ötüşməyib. Milli Məclisin keçmiş sədri kürəkəninin mənzilini zorla ələ keçriməkdə ittiham olunurdu. Kamran Balayev məhz bu qalmaqaldan sonra Böyük Britaniyaya köçmək qərarı vermişdi.
Kamran Balayev Nərminə Əsədova ilə 2002-ci ildə nikaha girib. On ildən sonra münasibətlər tamamilə korlanıb. Boşanma barədə iddia ilə məhkəməyə məhz Oqtay Əsədovun qızı müraciət edib. Sonradan ortaya mülki iddia da çıxıb. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Kamran Balayevdən maddi təzminat tələbi də ortaya qoyub. Onda Ədliyyə Akademiyasının rektor əvəzi olan Balayev ölkədən getməkdən başqa yol görməyib.
Oqtay Əsədovun keçmiş kürəkəni Böyük Britaniyaya köçəndən sonra siyasi karyera qurmaq qərarı verib. Kembric Universitetinin, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu olmağı bacaran Balayev 2017-ci ildə yaradılan Yenilənmə Partiyasına da üzv seçilib.
Partiya rəsmi saytında London əhalisini Kamran Balayevə səs verməyə çağırır. Burada Oqtay Əsədovun keçmiş kürəkəninin fikirləri də yer alıb. Kamran Balayev deyir: “Özümü londonlu adlandırmaqdan qürur duyuram. Mən insanları, cəmiyyəti və kiçik biznesi təmsil etdiyimə görə fəxr edirəm. Koronavirus böhranına görə seçkilər 2021-ci ilə qalıb. Partiyamla birlikdə əlimdən gələni edirəm ki, böhranın öhdəsindən gələk. Ehtiyacı olanlara ərzaq və dərman çatdırırıq. Heç vaxt birlikdə çalışmaq bu qədər vacib olmamışdı. London güclüdür, bunun öhdəsindən gələcəyik. Biz birlikdə Londonuq”.
Namizədlərin ümumi sayı 17-yə çatıb. Daha çox Leyboristlər Partiyasından olan indiki mer Sadiq Xana, Mühafizəkarlar Partiyasından Şon Beyliyə və Yaşıllar Partiyasından Sian Berriyə şans verilir. Kamran Balayev özü də etiraf edir ki, qalib gəlmək ehtimalı çox aşağıdır./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar