Xəbər lenti
Maaşı 250 manat olanlar pensiya almaq üçün neçə il işləməlidirlər? - Ekspertdən izah
"Azərbaycanda median əmək haqqı 343 manatdır. Bu o deməkdir ki, hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının - 845 min 900 nəfərinin maaşı 343 manat və ondan aşağıdır. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir. Əgər sizlərdən kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa, o pensiya ala bilməyəcək”.
Manevr.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlu qeyd edib: "Kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa o da pensiya ala bilməyəcək. Kimsə əmək müqaviləsiz çalışırsa o da pensiya ala bilməyəcək. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir. Kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. Ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. 350 manat maaş alırsa, onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir. Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq. Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər - əmək qabliyyətli əhalinin yarısı - hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ vardır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar