Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu su "Azərsu"nun verdiyi sudan təmiz olacaq – Layihə

Tarix: 21-02-2021 15:40     Baxış: 4200 A- / A+
Bu su "Azərsu"nun verdiyi sudan təmiz olacaq – Layihə


Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsi hazırlanır. Layihəyə görə, yağış suyunun istifadəsi üçün bəzi binaların müvafiq yerlərində bu suyu toplaya bilən xüsusi aparatların quraşdırılması nəzərdə tutulub.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı "Şərq"ə açıqlama verən "Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı yaxın gələcəkdə böyük bir su böhranının yaşanacağının gözlənildiyini bildirib:

"Böhranın qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirilməlidir. Onlardan ən effektiv olanı isə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsinin hazırlanmasıdır.

Bu su "Azərsu"nun əhaliyə verdiyi sudan daha keyfiyyətli və təmiz olacaq. Ona görə ki, yağış suyu təbiətdə ən təmiz su sayılır. Yağış suyunu böyük xətlər, kanallar çəkmədən, əlavə sistemlər yaratmadan əldə etmək mümkündür. Bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığışmış ehtiyatdan istifadə etmək olacaq. Layihə hansı tərəfdən baxılsa, faydalıdır. Həmin layihə kampaniya kimi yox, strateji proqram kimi həyata keçirilməlidir. Onu elə formada tətbiq etmək lazımdır ki, effektiv və təhlükəsiz olsun. Böyük şəhərlərdə, məsələn, Bakıda bu barədə bir qədər problemlər yarana bilər. Çünki binaların damına müxtəlif avtomobillərin qazından tutmuş, zavodların tüstülərinə qədər hopur. Bütün bu amillər nəzərə alınmalıdır və alınacaq. Lakin rayonlarda yağış sularından daha təmiz şirin su əldə etmək mümkündür".

E.Bayramlının sözlərinə görə, həmin su nə qədər olmasa da, "Azərsu"nun bizə verdiyi sudan təmiz olacaq:

"Çünki bu yaxınlarda özüm evdəki suyu TDS (suyun sərtliyinin TDS-3 metr ölçüsü, duzölçən) cihazı ilə yoxladım. Nəticəyə əsasən, Bayıl zonasında verilən suyun TDS göstəricisi 750-dir. Bu, o qədər yüksək rəqəmdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Həmin suyun göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun deyil. Onu şübhəli maye saymaq olar və həmin mayeni bitkilərə belə vermək olmaz".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar