Xəbər lenti
Bu türk dili yox olmaq təhlükəsi ilə üzləşib
Türk dillərinin Oğuz yarımqrupuna aid olan qaqauz dili yox olma təhlükəsi altındadır.
Manevr.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.
Qeyd edilir ki, Moldovanın Qaqauz muxtariyyətində yaşayan qaqauzlar özlərinin ana dilinin qorunub saxlanılması üçün bütün səylərini ortaya qoyurlar.
Qaqauz Xalq Məclisinin deputatı Yekaterina Jekova qeyd edib ki, qaqauz dilinin qorunması və yayılması məsələsi bu xalq üçün həyati əhəmiyyətlidir.
Onun sözlərinə görə, qaqauz dilinin yox olması təhlükəsi bu xalqın siyasətçilərinin təqsiri üzündən yaranıb.
1994-cü ildə Qaqauz muxtariyyətinin yaranması günündən ana dilin müdafiəsi probleminə kifayət qədər diqqət ayrılmayıb. Qaqauz administrasiyası bu məsələ ilə məşğul olmayıb.
“Qaqauz dili muxtariyyətin əsasıdır və xalqımızın xüsusiyyətinin bünövrəsidir. Qaqauz hakimiyyəti ana dilinin tətbiqi və təbliğatı məsələsində sadə vətəndaşlar üçün nümunə olmalıdır”, - deyə o bildirib.
"Əgər biz öz dilimizi qorusaq, onda bütün sahələrdə yüksək nəticələrə nail olacağıq. Əks təqdirdə millilikdən məhrum olacağıq, muxtariyyəti itirəcəyik, - Jekova vurğulayıb.
Deputat qeyd edib ki, qaqauz dilinin qorunub saxlanılması problemi muxtariyyətdə daim səsləndirilir./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar