Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL

Tarix: 21-02-2021 11:50     Baxış: 2260 A- / A+
Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL


Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.

Manevr.az xəbər verir ki, məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.

"Keçmiş spikerin villalarından biri Qubada, Qəçrəş yolundadır. Peykdən dəbdəbəli görünməsə də, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış pulla tikib.

Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir. Milli Məclisin və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir. Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib" – deyə C.Həsənli bildirib.

Manevr.az

Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL
Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL
Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL
Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar