Xəbər lenti
Növbəti yumşalma hansı sahədə olacaq? – Həkim
Ölkədə koronaya yoluxma sayında artım gözlənilir.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, yumşaldılmalarla bağlı qərarlar və metronun bağlı olması bu ehtimalı çoxaldır:
“Karantin qaydalarında müəyyən qədər yumşaldılmalara gedilib. Orta və ali məktəblərdə ənənəvi tədrisin qismən bərpası, ictimai nəqliyyatda müşahidə edilən sıxlıq və s. halları nəzərə alsaq, ölkədə koronavirusa yoluxma sayında artım ehtimalı qalır. Bu məsələ ilə bağlı əvvəldən dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, karantin qaydalarında yumşaldılmalara gedilməsi qərarlarını sıx-sıx vermək olmaz. Yəni bununla bağlı verilən hansısa qərardan bir neçə həftə sonra digər sahə üzrə yumşaldılmalara gedilə bilər. Karantinin sərtləşməsi isə o zaman ola bilər ki, yoluxma sayı kəskin artsın. Bununla bağlı proses ən azı 2 həftə izlənəcək. Artım olsa, növbəti yumşalmalar yəqin ki, təxirə salınacaq”.
Aydın Əliyev onu da qeyd edib ki, növbəti qarar metronun açılması ilə bağlı verilməlidir:
“İndiki durumda hesab edirəm ki, metro fəaliyyətini bərpa etməlidir. Çünki avtobuslarda həddindən çox sıxlıq var. Metro qapalı məkan olsa da, ventilyasiya sistemi mövcuddur. Buna görə də metro barədə “qapalı məkan olduğu üçün yoluxma sayı çox olacaq” kimi fikirlər doğru deyil. Avtobuslardakı sıxlıqlar yoluxma sayını çoxalda bilər, nəinki metronun açılması. Marşrutlar Bakıda sərnişin yükünü tam həcmdə çəkmək imkanına malik deyil. Ona görə də metronun açılması və sərnişin sıxlığının azaldılması vacibdir”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar