Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sədərək" və "Binə" ilə bağlı AÇIQLAMA - Gələn ay...

Tarix: 18-02-2021 15:15     Baxış: 4232 A- / A+
"Sədərək" və "Binə" ilə bağlı AÇIQLAMA - Gələn ay...


Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Vaksinasiyanın da ölkədə pandemiya ilə bağlı vəziyyəti müsbətə doğru dəyişməsi gözlənilir. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyətinə icazə verilə bilərmi?

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər:

"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur.

Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək.

Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək.

Əlbəttə, yumşalmaların nəticələrindən çox şey aslı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar