Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Baş həkim Nicat Cəlilov övladımdan rüşvət tələb edir" - Prezidentə şikayət

Tarix: 18-02-2021 14:17     Baxış: 3349 A- / A+
"Baş həkim Nicat Cəlilov övladımdan rüşvət tələb edir" - Prezidentə şikayət

Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı vasitəsilə Penitersiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 2-ci qrup əlil Səmədov Əli Azər oğlu tərəfindən Prezidenti İlham Əliyevə şikayət ərizəsi ünvanlanıb.

Manevr.az -ın elektron poçtuna göndərilən Ə r i z ə n i təqdim edir:


"Cənab Prezident!

Sizə bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov öz tutduğu vəzifəsindən sui-istifadə edərək, dövlət müəssisəsini özəl obiyekt kimi istifadə edir.O,xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğdə dərman pereparatlarını və tibbi avadanlıqları mənimsəyərək,özünə məxsus olan Bakı şəhərində yerləşən 2 şəxsi apteklərində satışa çıxarır. O, bu cür mənimsəmə yolu ilə böyük var dövlət əldə etmişdir. Əlbətdə bunlar hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta COVİD-19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələr belə müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçmədən Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdular. Əsk halda isə həmin xəstələr dərhal gəldikləri cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar. Bu isə əksər hallarda həmin xəstələrini ölümü ilə nəticələnir.
Mən 2019-cu ildə müalicə müəssisəsində biləvasitə Nicat Cəlilovun etdiyi çoxsayda qanunsuz əməllərə şahidi oldum. Bütün gördüklərimi məktub vasitəsilə Sizə və aidiyyatı sturukturlara ünvanladım. O zamanlar o, mənim müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün 2000 (iki min) manat rüşvət istəmişdir. Lakin Nicat Vidadi oğlu Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz yerinə yetirdi və mənə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəli təyin edildi.

Cənab Prezident!

Hazırda oğlumun xəstəliyi ağırlaşması səbəbilə əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət edib.O,haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Bu dəfə də Nicat Cəlilov övladımdan 1000 (min) manat rüşvət tələb edir.
Sizdən çox xahiş edirəm, dediklərimin obiyektiv araşdırılmasını Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin korrupsiya və rüşvət çirkabında çapalayan və arxasında Ramiz Mehdiyevin dayandığı məmurlara deyil, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyə Xidmətinə göstəriş verəsiniz. Ramiz Mehdiyevin çöküntüsü olan Nicat Vidadi oğlu Cəlilov haqqında qanunun müvafiq maddələri ilə cinayət işi başlanılsın, haqq öz yerini tapsın."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar