Xəbər lenti
Azərbaycanda daha hansı icra başçılarının həbsi gözlənilir? - AÇIQLAMA
Azərbaycanda icra strukturlarında aparılan islahatlar davam edir. Belə ki, səlahiyyətindən suistifadə edən icra başçıları və müavinlərinin həbsi davam etdirilir. Daha hansı icra başçılarının həbsi gözlənilir?
Manevr.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda geniş struktur islahatları aparılır. Məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini sürətləndirməkdir:
"Dünya təcrübəsi göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi ölkələrdə mümkündür. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.Hər bir islahatın uğuru, ilk növbədə, kadrların düzgün seçilməsi və yerləşdirilməsi sayəsində mümkün ola bilər. Azərbaycanda bu istiqamətdə artıq ciddi dəyişikliklər baş verdi. Bu səbəbdən son vaxtlar idarəçilikdə hesabatlılığa üstünlük verilir, xüsusilə, maliyyə məsələlərində şəffaflıqla bağlı tədbirlər artıq öz bəhrəsini göstərir".
Deputat vurğulayıb ki, dövlət başçısı Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyir, düşünürəm ki, buna nail olacağıq:
"Nəinki yerlərdə icra başçıları ən kiçik vəzifə sahibindən tutmuş hər kəs aparılan islahatların ciddiliyini görür və yaxşı başa düşür ki, şəffaflığa, düzgünlüyə əməl etməlidir. İcra başçılarının həbsi korrupsiyaya qarşı ciddi mübarizəyə başlandığının anonsu idi. Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Həbs edilən icra başçıları ilə bağlı məqamda məhz bu iki amil qırmızı xətlə keçib. Yəni, bir tərəfdən korrupsiyaya qarşı mübarizə, digər tərəfdən onun yaratmış olduğu problemlər və onların aradan qaldırılması üçün bəzi rayon icra başçılarının yerlərdəki vəziyyətlə bağlı dövlət başçısına məlumat verməmələri, həmin məlumatları gizlətməklə məşğul olmaları, bu yolla da dövlət başçısının həyata keçirdiyi siyasətə münasibətdə alternativ mövqe sərgiləmələri bir necə rayonda icra başçılarının həbsinə gətririb çıxardı.
Düşünürəm ki, qanunsuzluğa, sui-istifadə hallarına yol verən hər hansı şəxs dövlət başçısının rəhbərlik etdiyi komandada yer ala bilməz. Qeyd edə bilərəm ki, korrupsiyaya qarşı mübarizənin yaratdığı yeni reallıqlar bir sıra icra başçısının həbs olunmasının əsas səbəbələrindəndir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar