Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dağıstanda tutulan 10 Azərbaycan vətəndaşı ilə bağlı rəsmi AÇIQLAMA

Tarix: 16-02-2021 18:58     Baxış: 4146 A- / A+
Dağıstanda tutulan 10 Azərbaycan vətəndaşı ilə bağlı rəsmi AÇIQLAMA


Azərbaycanın Rusiyadakı səfirliyi 2020-ci il iyunun 15-də Rusiya-Azərbaycan sərhədində baş vermiş qarşıdurma zamanı tutulan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.

Səfirlikdən verilən məlumata görə, bu müddət ərzində yuxarıda qeyd olunan məsələ diqqətdə saxlanılıb, səfirliyin əməkdaşları tutulan şəxslərlə, eyni zamanda, Rusiyanın müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirib, səfirliyin səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarına hərtərəfli yardım göstərilib.

Bildirilib ki, Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehtiyev, Tural Qiyasov və Elmar Musayev barəsində başladılan cinayət işinə xitam verilib və onlar sərbəst buraxılıb.

Ənvər Muradov Dərbənd rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Digər iki Azərbaycan vətəndaşı - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onlar Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham olunurlar. Onların cinayət işi baxılması üçün Dağıstan Respublikasının Məhərrəmkənd rayon məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.

Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlamağa davam edəcək.

Qeyd edək ki, 2020-ci il iyunun 15-də Rusiya-Azərbaycan sərhədində (Dağlstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar