Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazirdən bu işçilərin maaşları ilə bağlı - Qərar

Tarix: 16-02-2021 16:35     Baxış: 3179 A- / A+
Baş nazirdən bu işçilərin maaşları ilə bağlı - Qərar

Nazirlər Kabineti “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərarında dəyişiklik edib.

Manevr.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bundan sonra işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə biləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əmək haqqı pul və ya natura formasında ödənilə bilər.

Əməyin natura formasında (məhsulla) qiymətləndirilməsi qaydası tətbiq edildikdə, iş norması yerinə yetirilən hər gün üçün işçilərə müqavilədə nəzərdə tutulmuş məhsul (naturada) ödənilməlidir. İstehsal zərurətindən asılı olaraq tərəflərin razılığı əsasında işçilərə pul ifadəsi ilə hesablanmış əmək haqqının natura (məhsul) şəklində ödənilməsi məqsədəuyğun hesab edildikdə, həmin məhsulların qiymətləndirilməsi hər iki tərəfin birgə razılığı əsasında bazarlarda olan orta pərakəndə satış qiymətləri ilə müəyyənləşdirilməlidir.

Bu halda vaxtı keçmiş, köhnəlmiş və zay məhsulun bölgüyə cəlb edilməsinə və natura şəklində verilməsinə yol verilməməlidir. Əməyin pul və yaxud natura şəklində (məhsulla) ödənilməsi və yaxud il ərzində tərəflərin razılığına əsasən pul ilə hesablanmış əmək haqqının əvəzinə natura şəklində məhsul verilməsinə dair razılaşmalar (qayda və şərtlər) əmək kollektivinin razılığına əsasən müəssisənin həmkarlar ittifaqları təşkilatı ilə işəgötürən arasında müəyyənləşdirilə bilər./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar