Xəbər lenti
Azərbaycanın ən yaşlı sakini bu qadın oldu
Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin ən yaşlı sakini yenə də Lənkəran rayonu Sütəmurdov kəndinin 1918-ci il təvəllüdlü sakini Mirzadə Cabbarova olub.
Manevr.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişdikdən sonra M.Cabbarova Azərbaycanın ən yaşlı sakini olub.
U.Həşimova bunu da əlavə edib ki, onların yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) məqsədilə apardıqları tədqiqat bütün ölkəni əhatə etməyib. Bu tədqiqat ölkənin əsasən, cənub bölgəsini əhatə edir.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.
Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi və onun real yaşının 95 olduğu məlum olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar