Xəbər lenti
Üzərinə gizli kamera quraşdırılan qadın çantası HƏRRACDA
“Julien’s Auctions” hərrac evi ötən il fəaliyyətini dayandıran Nyu-Yorkda yerləşən Milli Təhlükəsizlik Komitəsinin Casusluq Muzeyinin bütün kolleksiyasını “Soyuq müharibə yadigarları” adı altında kütləvi satışını təşkil edib.
TASS xəbər verir ki, hərraca çıxarılan ən bahalı əşya 32 min dollar dəyərində, üzərinə gizli kamera quraşdırılan qadın çantası olub.
Hərrac evinin saytında bildirilib ki, “Soyuq müharibə yadigarları” auksionu dünyanın ilk və ən böyük hərracı hesab olunur. Burada “Soyuq müharibə” dövründə ABŞ, Sovetlər Birliyi və Kubadan toplanmış ən nadir və vacib artefaktlar təqdim olunub. Ümumilikdə 400 eksponatdan çox olan hərracda gündəlik istifadə etdiyimiz müxtəlif cür əşyalarda gizlədilmiş miniatür fotokamera və səsyazma avadanlıqlarından tutmuş, 16 min dollara satılan Ernesto Çe Gevara tərəfindən yazılan sənədin əslini də görmək olar.
Hərrac evinin rəhbəri Darren Julien bildirib ki, “Soyuq müharibə yadigarları” auksionu o dövrün geosiyasi, iqtisadi və mədəni sarsıntılarını yaşamaq imkanı verir.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar