Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Tarix: 16-02-2021 08:54     Baxış: 4253 A- / A+
Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB


Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.

Manevr.az baku.ws-ə istinadən bildirir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.

Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım göstərir.

Ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının getdiyi bir vaxtda peydənddən imtina edənlərə müəyyən cəzaların tətbiq olunacağı barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkədə səslənən iddialara görə, yaşı 65-dən yuxarı olan vətəndaşlara vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə pensiyalarının kəsiləcəyi bildirilib.

Bu iddianın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir:

"Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə guya pensiyalarının kəsilməsi ilə bağlı məlumatlar tamamilə əsassızdır, yalan və şayiədən başqa bir şey deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olaraq, pensiya məsələləri ilə bağlı hansısa uydurmalara deyil, yalnız rəsmi qurumlardan yayılan məlumatlara istinad edilməsini tövsiyə edirik".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar