Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil - Nazirlik

Tarix: 15-02-2021 17:35     Baxış: 3152 A- / A+
Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil - Nazirlik

Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil. Bu, valideynlərin özünün seçimidir. Lakin müəllimlər üçün maska taxmaq məcburidir.

Manevr.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.

Onun sözlərinə görə, övladlarının maskadan istifadə etməsinə nəzarətin edilməsi valdeynlərin öhdəsinə buraxılır:

"Təbii ki, maskadan istifadə etmək tövsiyə edilir. Ondan istifadə etməyi indi özümüzə borc bilirik. Amma şagirdlərin maskadan istifadə etməsi valideynlərin öhdəsinə buraxılıb. Müəllimlərə isə tövsiyə edərdik ki, həm maskadan, həm də üz sipərindən istifadə etsinlər. Üz sipəri maskanın yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmir".

G.Xudiyeva bunu da əlavə edib ki, valideynlər övladlarını əyani təhsilə göndərməyə məcbur deyillər:

"Bunu valideynlərin seçiminə buraxmışıq. Lakin bu, bir şərtlə olur ki, onlar məktəblə qarşılıqlı şəkildə iltizam imzalayırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar