Xəbər lenti
Ali Hərbi Məktəbin Vətən müharibəsində iştirak etmiş kursantlarının sayı açıqlandı

“Vətən müharibəsində Ali Hərbi Məktəbin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kurstaları da iştirak edib. Bu kursda oxuyanlara “kiçik leytenant” hərbi rütbəsi verilmişdi”.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfər şəhid olub, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar:
“Şəhid olanlardan beşi zabit müəllimlər, beşi isə 4 kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Ali Hərbi Məktəbin müəllimi, şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































