Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qaçqınkom” Qarabağda demoqrafik durumu ermənilərin xeyrinə dəyişir(?)

Tarix: 11-02-2021 12:45     Baxış: 2499 A- / A+
Qaçqın uşaqlarına status verilməsindən imtina edilməsi sürdürülür
“Qaçqınkom” Qarabağda demoqrafik durumu ermənilərin xeyrinə dəyişir(?)

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin işğaldan azad edilmiş bölgələrdən didərgin salınmış soydaşlarımızın qaçqınlıqda doğulan uşaqlarına ögey ilgisi hələ də davam edir. Komitənin rəhbərliyi vətəndaşları qəbul etmir, telefonları isə zəngləri. Əsl məmur özbaşınalığının hökm sürdüyü dövlət qurumunun bu özbaşınalığına nə ali dövlət hakimiyyəti orqanları, nə də hüquq mühafizə orqanları hüquqi qiymət verilməsini təmin edirlər.

Problem isə olduqca ciddidir və sonradan doğulan məcburi köçkün uşaqlarına statusun verilməsindən imtina edilməsindən qaynaqlanır. Bununla Qarabağda demoqrafik durumu düşmənin xeyrinə dəyişmək niyyəti güdülmür ki? Axı, bu yekəlikdə “Qaçqınkom”un nə mararağındadır ki, qeydiyyatı işğal(dan qurtulan) bölgə(sin)də olan vətəndaşa status , statusu olanlara isə müvafiq vəsiqənin verilməsindən imtina edir? Bu maraq “status korrupsiyası” , “vəsiqə rüşvətxorluğu” deyil ki?

İnzibati məhkəmələrdə baxılan işlərin əhəmiyyətli hissəsini sözügedən statusun verilməsindən imtina ilə iddialar təşkil edir. Ədalət adına, məhkəmə hakimiyyətinin bu məsələdə obyektiv mövqe tutaraq vətəndaşların (həm də dövlətin! ) xeyrinə qərar qəbul etdiyini vurğulayaq. Axı, başqa cür ola da bilməz! Hansı məhkəmə qeydiyyatı, Şuşa , Laçın, Ağdam. .. olan uşağa “məcburi köçkün” statusu verilməsindən imtinanı haqlı sayar? Bəs niyə “Qaçqınkom” imtinasını hələ də sürdürür? Niyə baş prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və digər bağlantılı qurumlar Azərbaycan dövlətinin maraqlarını şəxsi maraqlarına qurban verən komitənin özbaşınalığına son qoymağı fikirləşmir? Niyə deputat səlahiyyətlərindən başqa hər şeydən yararlanan Milli Məclis üzvləri məcburi köçkünlərin sözügedən problemləri ilə maraqlanmırlar? Baxın, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində məskunlaşan Ağdamdan məcburi köçkün Qarabağ əlili Elçin Əfqan oğlu İbrahimov son bir ildə artıq 10 gündür 17 yaşı tamam olan “məcburi köçkün” statuslu oğlu Əfqan İbrahimova müvafiq vəsiqənin verilməsindən imtina edilməsi ilə bağlı Qarabağdan , Suraxanı rayonundan “millət vəkili” statusu əldə edən Tural Gəncəliyevə, Bəxtiyar Sadıqova, Aqil Abbasa, Vüqar Bayramova, Etibar Əliyevə, eləcə də MM-in rəhbərliyinə, komitə sədrlərinə müraciətləri hələ də cavabsız qalır . Baş prokurorluğun 4920138, 4925540 “qaynar xətt” bağlantı nömrələri, axırı , zəngləri qəbul etməyə başlasa da, şikayətləri qeydə almaqdan imtina edir ki, özbaşınalıq prokurorluğa aid deyil. Bəs Konstitusiyanın 133-cü maddəsi niyə qəbul olunub ? Axı, həmin maddəyə görə, qanunların icrasına prokurorluq nəzarət edir! Belə çıxır, prokurorluq nəzarət etmək yerinə “tövsiyə etməklə” məşğuldur ? “Qaçqınkom”un qanunsuzluğundan şikayət edən məcburi köçkünlərə elə komitənin rekvizitlərini göstərən baş prokurorluğun “ qaynar xətt”i “Qaçqınkom”un “qaynar xətt”lərinin (4318934, 5254103 ) ,ümumiyyətlə, “lal-dinməz” olmasının qanuna, Konstitusiyaya zidd olduğunu bilmir? Heç vətəndaşları komitənin özündə də qəbul edən yoxdur axı!

Nəzarətedici qurumlar da, “Qaçqınkom”un özü kimi məhkəməyə müraciət etməyi məsləhət görür. Məhkəmə prosesi isə aylar, illər boyu sürür. Ona kimi düşmən Qarabağda süni saylarını artırar, “Qaçqınkom” isə Qarabağdan qıraqda doğulan Qarabağ balalarının saylarını süni azaldıb, məhkəməni nişan verər. Ümid qalır BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına. BMT-nin Bakı ofisinə də müraciət edən məcburi köçkünün şikayətinin qəbul edildiyi bildirilsə də, hələ də (demoqrafik) durum ürəkaçan deyil.
İlgincdir, nəyə görə, “Qaçqınkom” demoqrafik durumu ermənilərin xeyrinə dəyişməkdə maraqlı olsun axı? !

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar