Xəbər lenti
Əmisinin sümüklərindən gitara düzəltdi -ŞƏKİLLƏR
Amerikalı gitaraçı “Prince Midnight” özü üçün musiqi aləti düzəltmək qərarına gəlib, ancaq bunun üçün çox qeyri-adi material seçib.
Onun əlinin altında ölmüş əmisinin skleti və simlər olub. Gənc də onları birləşdirmək qərarına gəlib.
Bu barədə “AntiRadio” xəbər yayıb.
Bildirilir ki, gəncin ölənə kimi (1990-cı il) Yunanıstanda yaşayan əmisi Filipp öz skletini elmə vəsiyyət edib. Bir neçə il sklet ölkə məktəblərinin birində uşaqlar üçün istifadə olunub. Lakin bir müddət sonra Yunanıstanda təhsil müəssisələrində əsl skletlərin istifadəsi qadağan edilib. Bundan sonra Filippin sümükləri bir qutuya yığılaraq saxlanılıb. İllər keçdikdən sonra musiqiçinin ailəsi qəbirstanlıqda yerin kirayəsini ödəyə bilməyib. Bundan sonra “Prince Midnight” qohumunun qalıqlarını ABŞ-a gətizdirmək və onunla nə edəcəyi barədə burada düşünmək qərarına gəlib.
Lojistik məsələlər həll olunduqdan sonra isə gənc musiqiçinin ağlına belə-qeyri adi həll gəlib.
“Əmim Filipp metal janrının böyük fanatı olub, elə bununla da mənim musiqi karyerama təsir qoyub. Onun qalıqları Vətənə qayıtdıqdan sonra bilmirdim nə edim. Sonra onun sümüklərindən ilk elektrogitara düzəltmək qərarına gəldim ki, əmim bundan sonra da sevinc və fayda gətirsin”, - deyə ifaçı özünün “Instagram” hesabında bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar