Xəbər lenti
Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
Space TV-nin prezidenti Vaqif Mustafayevin istefasından sonra bir sıra məsələlərin üstü açılıb. Kanalın təsisçisi Sevil Əliyeva ilk əvvəl tanınmış kinorejissorun öz ərizəsi ilə deyil, şəxsən onun tələbi ilə işdən çıxmasından danışıb.
Daha sonra isə Vaqif Mustafayevin ümumilli lider Heydər Əliyevlə bağlı çəkdiyi filmin ekrana yol tapa bilməməsindən söz açıb. “Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq "brak" edildi”, – deyə bildirib.
Maraqlıdır, sözügedən filmin yayımlanmasına kimlər mane olub?
Manevr.az bildirir ki, Milli Məclisin sabiq deputatı Alqış Musayev Yenisabah.az-a açıqlamasında həmin vaxt ideolji sahəyə Ramiz Mehdiyevin nəzarət etdiyini diqqətə çatdırıb:
“Sualın dəqiq cavabını bütün təfərrüatı ilə yalnız Sevil xanım özü deyə bilər. Amma o da məlumdur ki, o zaman ideoloji sahəyə Ramiz Mehdiyev nəzarət edirdi. Onun necə ideoloq olduğu, dövlətin bu mühüm sahəsinə necə nəzarət etməyi də artıq hər kəsə bəllidir. Harda sağlam bir təşəbbüs vardısa, ya boğurdu, ya da mənimsəyirdi. Hardan işiq gəlirdisə, oranı dərhal qapadırdı. Harda sağlam düşüncəli bir kadr vardısa, şərləyirdi, ləkələyirdi, proseslərdən təcrid edirdi. Nəticədə bu gün ölkənin ideoloji mühiti işğaldan azad edilmiş ərazilərimizin dağıdılıb viran qalmış görkəmi kimidir”.
Həmsöhbətimiz qeyd edib ki, Ramiz Mehdiyevin xidməti hesabına bu gün ideoloji sahə, ictimai dəyərlər sistemi qaramat çökmüş bir xarabaya çevrilib:
“Təəssüf ki, o bu gün də öz “zəngin” təcrübəsini Milli Elmlər Akademiyasında tətbiq edir. Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi, hələ ki tamaşaçılara təqdim edilməyən film barədə mənim məlumatın yoxdur. Necə çəkildiyi, mövzuya hansı peşəkarlıqla yanaşıldığı barədə heç nə deyə bilmərəm. Vaqif müəllim peşəkar rejissordur. Onun müraciət etdiyi mövzu isə spesifikdir”.
Alqış Musayev bildirib ki, Heydər Əliyev haqqında film çəkmək üçün təkcə peşəkarlıq kifayət etmir, burada siyasi fəhm də tələb olunur:
“Filmdə bu münasibətlər-peşəkarlıqla siyasətin vəhdətinin necə tənzimlənməsi bizim üçün əlçatmaz olaraq qalır. Yəqin ki, bu məsələyə səlahiyyətli şəxslər aydınlıq gətirəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar