Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Tarix: 09-02-2021 12:05     Baxış: 3152 A- / A+
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

AMEA Ramiz Mehdiyevlə bağlı mediada yazılan məlumatlara cavab verib.

Manevr.az qurumun mətbuat və informasiya şöbəsinin məlumatını təqdim edir:

"Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır. Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil.

Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmiş, Ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir. Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də həmişə olduğu kimi ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir.

Ramiz müəllimin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilmişdir. Ona görə də böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər. Hər bir KİV redaktoru cəmiyyətə ötürdüyü məlumatın ciddiliyinə, doğruluğuna cavabdehlik daşımalı, ayrı-ayrı şəxslərin yox, ictimai sifarişin ifadəçisi qismində çıxış etməyi bacarmalıdır. Öz informasiya siyasətində bu meyarı qulaqardına vuran KİV-lər ilk növbədə öz oxucu auditoriyalarına hörmətsizlik etdiklərini unutmamalıdırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar