Xəbər lenti
Sabiq məmurlar nə qədər pensiya alır? - AÇIQLAMA
Başqasının pulunu saymaq etik sayılmasa da, gündəm sabiqlərlə çalxalanarkən, onların dövlətdən oğurladıqlarını saya bilməyib rəsmi şəkildə aldıqlarını hesablamaq qərarına gəldik. İllərdir dövlət büdcəsini talayan sabiqlər Səlim Müslümov, Ziya Məmmədov, İsmət Abbasov, Hacıbala Abutalıbov nə qədər pensiya alır?
Manevr.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir:
"Bu əsasda qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər. Sığorta göstəricilərinə əsasən təyin olunan pensiyaların maksimum məbləği bütün növ pensiyalar üzrə qanunla məhdudlaşdırılmır.
Lakin qulluq stajına görə pensiya alan dövlət qulluqçularının (həmçinin sabiq nazirlərin) pensiyaları almış olduqları dövlət məvacibinin orta aylıq məbləğinin 80%-dən artıq ola bilməz”.
Qanunvericilikdə pensiya təyinatı bir neçə amilə görə müəyyənləşdirilir. Birinci amil yaşa görə pensiya təyinatıdır. Eyni zamanda, güzəştli şərtlərlə pensiya almaq hüququna malik olan şəxslər var. Bunlar dövlət qulluqçuları, rəhbər vəzifələrdə çalışanlar, yaxud vaxtilə çalışanlardır. Eyni zamanda, sağlamlıq və uşaqların sayına görə pensiya təyinatı mövcuddur. Məsələn, qanunvericilikdə cırtdanboylularla bağlı fərqli yaş hədləri müəyyənləşib. Amma Azərbaycanda vəzifəli şəxslər qanunvericilikdə göstərilmiş müddətdə staji yoxdursa və yaş həddi tamamlanmayıbsa, onlara pensiya təyin oluna bilməz. Əgər vəzifəli şəxs I qrup əlildirsə, ona müəyyən olunmuş yaş həddinə çatmamış da pensiya təyin oluna bilər. Bu zaman sığorta stajı və yığımla bağlı məbləğ müəyyənləşdirilməlidir.
Qanunvericilikdə bəzi dövlət qulluğunda çalışanlarla bağlı fərqli əsaslar və hallar müəyyənləşdirilib. Bütün bunlar pensiya məbləğinə təsir göstərən amillərdir. Əgər şəxs nazir postundan azad edilərkən yaşı və stajı pensiya təminatına imkan verirsə, birbaşa pensiyaya göndərilir. Amma ümumilikdə sabiq nazirlərin pensiya təminatı fərdidir. Bura minimum pensiya məbləği, yaş, staj və s. təsir göstərir.
Əlavələri alanlar kimlərdir?
"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə görə, qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərdə tutulur.
20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:
20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);
20.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq hakimlər;
20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;
20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla);
20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);
20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);
20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;
20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
"Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamda nazir, dövlət komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisinin əməkhaqqı 1925 manatdır.
Rəsmi məlumatlara əsasən belə nəticə hasil olur ki, eks-nazirlərin orta pensiya məbləği 1540 manatdır (nazir maaşının 80 %-i).
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar