Xəbər lenti
Genetiklər ömrü 5 dəfə uzada bilirlər
Xarici genetika alimləri, yaşlanmanın qarşısını almaq, qocalığın müalicəsi axtarışında ciddi irəliləyiş əldə ediblər. Alimlər laboratoriya qurdlarının ömrünü beş dəfə uzatmağı müyəssər olublar .
"Populyar Mexanika" portalında dərc olunan məlumata görə, gələcəkdə alimlər insan ömrünün buna bənzər bir şəkildə artırmağa nail ola bilərlər.
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, sınaq subyektləri "Caenorhabditis elegans" növlərinə aid "nematod" qurdları olub - bu canlıların orqanizmi nisbətən sadədir, buna görə genetik tədqiqatlarda tez-tez istifadə olunurlar. Normalda qurdlar yalnız iki-üç həftə yaşayır, lakin alimlər onların ömrünü necə uzatmağı düşünüblər.
Alimlər əvvəlcə insulin reseptorlarından gələn siqnal yollarını dəyişdirərək qurdların ömrünün iki dəfə artırmağın mümkün olduğunu müəyyənləşdiriblər. Daha sonra məlum olub ki, TOR adlanan yolla bağlı prosesə düzəlişlər olunsa, "Caenorhabditis elegans"ın həyat müddətini 30 faiz artırmaq olar.
Artıq qazanılan təcrübəni nəzərə alan yeni tədqiqat qurdların ömrünü dörd-beş dəfə artırıb. MDI Bioloji Laboratoriyasının molekulyar bioloqu Jarod Rollinsin dediyinə görə, yeni layihə qocalmanın bir neçə genetik mexanizmin işi ilə təyin olunduğunu bir daha sübut edib. Bu isə o deməkdir ki, bioloqların axtardıqları "uzunömürlülük geni" mövcud deyil. Əslində, kompleks bir şəkildə həll edilməsi lazım olan mürəkkəb genetik nümunələr var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar