Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərt karantin rejimi yenidən qayıda bilər? - Koronavirusun yeni növü yayılsa...

Tarix: 06-02-2021 15:52     Baxış: 3159 A- / A+
Sərt karantin rejimi yenidən qayıda bilər? - Koronavirusun yeni növü yayılsa...


"COVİD-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da (Britaniya növü) gəlmək ehtimalı var".

Manevr.az
xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

Pulmonoloq bildirib ki, yumşalmaya getmək yoluxma riskini artırmır:

"Lakin hələ COVİD-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib. Məsələn, mən Almaniyadakı bir sıra həkimlə əlaqə saxlayıram. Düşünsək ki, Almaniya Britaniyaya daha yaxındır, amma hələ o ştammın orada yayılmağı təsdiqlənməyib. Ancaq yayılma ehtimalı böyükdür. Ona görə, mütləq qorunmağı unutmamalıyıq.

Biz azı 1 ildir COVİD-lə mübarizə aparırıq, yumşalmalara getsək belə insanlarımız artıq nə etməli olduqlarını bilirlər, maska taxmaq qüvvədədir. Yumşalmaya getmək yoluxma riskini daha artırır deməzdim. Yumşalmalardan 2-3 həftə sonra dinamikanı izləyib biləcəyik ki, artım gedir, getmir.

Düzdür, yeni ştammın yoluxduruculuq qüvvəsi daha yuxarıdır. Amma COVİD-19-a uşaqlar da yoluxurdu, sadəcə ağırlaşmalar qeydə alınmırdı. Gənc orqanizm olduğu üçün, maddələr münadiləsi və dinamika yuxarı getdiyi üçün onlarda yaşlılarda gördüyümüz fəsadları görmürdük. Məlumatlara görə, COVİD-in bu yeni ştammının uşaqlar üçün deyildiyi kimi həyati təhlükəsi olan qabarıq bir nəticələri yoxdur. Lakin uşaqlar arasında da yoluxmanın qeydə alınması mümkündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar