Xəbər lenti
Şəhid ailələrinə verilən təqaüd xanımına, yoxsa valideynə düşür?
Azərbaycanda zaman-zaman sosial şəbəkələrdə və mediada şəhid ailələrinin daxilində yaşanan məişət problemləri gündəmə gəlir. Əsasən də şəhidin həyat yoldaşı və valideynləri arasında ailədaxili gərginliklər artır. Prosesdə bəzi hallarda şəhidin bacı və ya qardaşları da iştirak edir.
Məsələyə ümumi yanaşdıqda şəhid ailələrində yaşanan və ictimailəşdirilən bu cür problemlər birmənalı qarşılanmır. Ancaq reallıqda isə məsələnin daha çox şəhidə ölümündən sonra verilən bir sıra maddi imtiyazlara bağlı olduğu gerçəyi ortaya çıxır. Valideynlərin bəziləri övladına verilən imtiyazın onlara çatmalı olduğunu, şəhidin həyat yoldaşı isə ona verilməli olduğunu qeyd edir. Beləliklə də, məsələlər böyüyərək sonunda problemlərin yaranmasına gətirib çıxarır.
Manevr.az xəbər verir ki, "qafqazinfo" bu kimi məqamlarda məsələnin hüquqi tərəfinin necə olduğunu, imtiyazların kimə ödənilməli olduğunu araşdırıb.
Sayt bu məqsədlə də Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb.
O qeyd edib ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir:
“Yəni, bu təqaüd şəhidin qanunla müəyyən edilmiş ailə üzvləri arasında bölünməklə verilir.
Şəhidin ailə üzvləri isə qanunla aşağıdakılar müəyyən edilib:
Şəhidin arvadı (rəsmi nikahı olan);
Valideynləri;
Övladları,
o cümlədən:
18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları;
Qardaş və bacıları,
o cümlədən:
Uşaq evlərində tərbiyə olunan qardaş və bacıları.
Şəhid ailələrində yaranan bu cür problemlərlə praktikada tez-tez rastlaşan QHT sədri Kəmalə Ağazadə isə bildirib ki, sözügedən ailələr xüsusi olaraq formalaşdırılmış, yetişdirilmiş təbəqə deyil:
“Onlar da məişət problemləri yaşayan, həssas, münaqişəli ailələrdir. İnsanın həyat yoldaşı şəhid olandan sonra ailədə gərginliklər bir az daha artır. Ailə üzvləri arasında bir-birinə olan qıcıq münasibətlər formalaşır. Əlbəttə ki, bu məsələnin maddi tərəfi də var.
Bəzən olur ki, şəhidin həyat yoldaşına vəsaitlər ödənilir. Sonra onun anası, bacısı,qardaşı deyir ki, bu vəsaitlər onlara da verilməlidir. Artıq bir neçə dəfə valideynlərlə gəlin, baldızla gəlin, bacı-qardaş arasında belə münaqişələr baş verib. Hər şey də gəlib vəsaitlərin güzəştlərin üzərində formalaşır ki, sonda da bərbad bir tabloyla rastlaşırsan. Biz şəhidi ideallaşdırırıq. Çünki o bizim uğurumuzda, Vətən uğrunda döyüşərək şəhid olub. Ancaq onların ailələri elə tipik ailələrdir. Nəticədə də bu cür problemlər yaşayır. İmtiyazlar isə şəhidin ailəsi, uşaqları varsa, onlara düşür. Heç kim məsələnin psixoloji aspektlərinə yaxın getmir. Halbuki şəhid ailələri və qazilərin psixoloji problemləri çoxdur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar