Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil müəssisələrində narkotik vasitə istifadəsinə dair AÇIQLAMA

Tarix: 05-02-2021 22:58     Baxış: 3186 A- / A+
Təhsil müəssisələrində narkotik vasitə istifadəsinə dair AÇIQLAMA


Respublika ərazisində orta və ali təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi ilə bağlı heç bir məlumat yoxdur.

Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda narkotik vasitələrin orta və ali təhsil müəssisələrində istifadəsi ilə bağlı heç bir məlumat qeydə alınmayıb:

“Bu kimi məsələlərlə bağlı mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi üzrə polis orqanları, eləcə də məktəblilər, azyaşlılarla işləyən profilaktik şöbələr, bölmələr məşğul olur. Harada şübhə var, orada müvafiq yoxlamalar aparılır.

Azərbaycan bu sahədə təkcə MDB ölkələri arasında deyil, digər Avropa ölkələrindən də xeyli irəlidədir. Çünki respublikamızın orta və ali təhsil müəssisələrində narkotik vasitələrlə bağlı və ya hansısa şagirdin, tələbənin narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumat yoxdur. Bütün hallarda belə bir şübhə olduğu təqdirdə bu barədə dərhal polis, Daxili İşlər Orqanlarına məlumat verilməsi vacibdir”.

O bildirib ki, bu istiqamətdə dövlət proqramı da mövcuddur:

“Vəziyyətin nəzarətdə saxlanılması, narkotik vasitələrdən istifadənin, aludəçiliyin yaranmaması üçün bütün tədbirlər həyata keçirilir. Bu istiqamətdə bütün hallar dərindən araşdırılır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar