Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Qarşıdakı aylarda tədricən normal həyatımıza dönə biləcəyik”

Tarix: 05-02-2021 16:59     Baxış: 3236 A- / A+
Müşfiq Məmmədli:"Qarşıdakı aylarda tədricən normal həyatımıza dönə biləcəyik”

"Dövlətin həyata keçirdiyi tədbirlər, həmçinin vaksinasiya prosesinin geniş kütlələri əhatə etməsi mərhələli şəkildə alışdığımız həyat tərzinə keçməyimizə imkan yaradacaq".

Manevr.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, vaksinasiya koronavirusla bağlı olan riskli halların aradan qalxmasına şərait yarada bilər: "Koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlər artıq müsbət dinamikanın yaranmasına səbəb olub. Yoluxmaların sayında azalmalar müşahidə edilir. Müsbət dinamikanın olması karantin rejimində yumşalmalara səbəb olmuşdu. Amma məktəblərin və universitetlərdə tədrisin yenidən bərpa olunması istiqamətində atılan addımlar bizi daha diqqətli və ehtiyatlı olmağa vadar edir. Mütləq şəkildə qorunma və dezinfeksiya edici tədbirlər davamlılığını davam etdirməlidir.

Çünki əhali sayındakı yoluxmaların statistik rəqəmlərinə əsasən hələ də immuniteti formalaşmamış, xəstəliyə yoluxmamış insanların sayı kifayət qədərdir. Hələ ki, peyvəndləmənin tibb işçilərini əhatə edən hissəsi həyata keçirilib. Sonrakı müddətdə isə 65 yaşdan yuxarı, xroniki xəstəliyi və digər əhali ilə sıx ünsiyyətdə olan peşə sahiblərinin vaksinasiya olunması yoluxmaların sayında müsbət dinamikanı artıracaq. Bununla da riskli halların aradan qalxması baş verə bilər”.

Deputat qeyd edib ki, önəmli olan qarşıdakı iki ay ərzində qoruyucu tədbirlərdən maksimum dərəcədə istifadə edilməlidir:

"Yoluxmaların azalması üçün deyilən hər bir qaydalara əməl etmək lazımdır. Əgər insanlar bu prosesdə diqqətsizliyə yol verməsə, müvafiq orqanların karantin tədbirləri ilə əlaqədar həyata keçirdiyi bütün tədbirlərə riayət edilsə, qarşıdakı aylarda biz növbəti yumşaldılmaların şahidi və tədricən normal həyatımıza dönə bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar