Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil haqqında dövlət sənədləri bu qaydada veriləcək

Tarix: 05-02-2021 15:08     Baxış: 3224 A- / A+
Təhsil haqqında dövlət sənədləri bu qaydada veriləcək

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Manevr.az-ın xəbərinə görə, Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

Qanuna əsasən, eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

"Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzlşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar