Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kamil Zeynallının medal qalmaqalı - SAXTA MİNNƏTARLIQ

Tarix: 05-02-2021 12:03     Baxış: 3206 A- / A+
Kamil Zeynallının medal qalmaqalı - SAXTA MİNNƏTARLIQ


Tanınmış idmançı Kamil Zeynallının özünün “İnstagram” səhifəsində iki medalla təltif olunması barədə etdiyi paylaşım qalmaqala səbəb olub.

Belə ki, o, etdiyi yardımlara görə, “Vətən naminə” və “Milli Ordu-100” medalları ilə təltif olunduğunu bildirib. İdmançı bununla bağlı xüsusi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə təşəkkür edib. Onun “Azərbaycan Vətən Müharibəsi Veteranları” və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birlikləri tərəfindən təltif olunduğu halda Səfərbərlik Xidmətinə niyə təşəkkür etməsi əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı danışan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, onun niyə təşkilata yox, Səfərbərlik Xidmətinə təşəkkür etməsini heç cür anlaya bilmir:

“Kamil Zeynallı həm pandemiya dövründə aztəminatlı ailələrə daim yardım əlİ uzadıb, həm də Vətən Müharibəsində döyüş bölgəsində əsgərlərimizin yanında olub. Onlara müxtəlif maddi yardımlar edib. Onun təltif olunması üçün özüm göstəriş vermişəm. Buna görə də ona təşkilatımıza məxsus olan Vətən naminə medalını vermişik. Bununla bağlı bizə heç bir qurumdan təqdimat və ya göstəriş gəlməyib”.lent.az-a

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də Kamil Zeynallının Vətən Müharibəsi vaxtı daim döyüş bölgəsində olduğu, əsgərlərə, ön cəbhəyə daim maddi yardımlar etməsinə görə təşkilat tərəfindən təltif olunduğunu deyib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılovla əlaqə saxladıq. O, Lent.az-a bildirdi ki, sözçüsü olduğu dövlət qurumu tərəfindən Kamil Zeynallı təltif olunmayıb: “Onun nəyə əsasən SHXÇDX-ə təşəkkür etdiyini bilmirəm. Ümumiyyətlə isə ona Səfərbərlik Xidməti tərəfindən heç bir medal verilməyib və düşünürəm ki, bundan başqa da şərhə ehtiyac yoxdur”.

İdmançı etdiyi paylaşımda həmçinin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə də təşəkkür edərək, sabah hər iki qurumdan da təltif alacağını bildirib. DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bununla bağlı Lent.az-a bildirib ki, Kamil Zeynallının niyə belə dediyi barədə məlumatı yoxdur: “DİN Kamil Zeynallını heç bir orden və ya medalla təltif etməyib. Bu barədə heç bir məlumatım yoxdur”.

****

Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Xidmətindən bildirilib ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar