Xəbər lenti
8-14 yaşlı yetim uşaqlara təcavüz edir, iş adamlarına satır və... - Dəhşətli hadisə
Köln Katolik Baş Arxiyepiskopluğuna mənsub olan rahiblərin kimsəsiz uşaqlara qarşı cinsi zorakılıq və istismar həyata keçirməsinə dair ötən ay başlanan araşdırma artıq başa çatıb.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu səs-küylü hadisənin nəticələrinə dair rapor ictimaiyyətlə paylaşılmayıb.
Amma hesabatın müəyyən hissəsi mediaya sızıb. ABŞ-da nəşr edilən “Daily Beast” qəzeti 560 səhifəlik hesabatın bəzi hissələrini yayımlayıb.
Hesabatda 1960-1979-ci illər arasında Almaniyanın Speyer şəhərində olan monastırda xidmət göstərən rahiblərin yetim uşaqları iş adamlarına və din xadimlərinə “satması” detallı şəkildə yer alıb.
Araşdırma hesabatına görə, cinsi təcavüzə və istismara məruz qalan yetim uşaqlardan bəzisi əvvəlcə zorla iş adamları üçün aparılıb, daha sonra paltarlarının qırışdığına və çirkləndiyinə görə rahiblər tərəfindən döyülüblər.
Raporda çoxu 8-14 yaşları arasında olan 175 uşağın uzun illər təcavüzə məruz qaldığı yer alıb. Araşdırmaya görə, bəzi uşaqların övladlığa verilməsi bilərəkdən qadağan edilib, onların satılmasını davam etdirmək üçün bəzən də himəyadarların evlərinə köçürülüb.
Monastır rəhbərliyi sənədləri görmək istəyən jurnalistlərdən məxfilik sazişi imzalanmasını tələb edib. Bu bahənə ilə hesabatı ictimaiyyətə açıqlamaqdan imtina ediblər. Bu səbəbdən də raporun bəzi hissələri mediaya sızdırılıb.
Monastrın olduğu bölgədə işləyən yepiskop Karl-Heinz Viesman mətbuata deyib ki, sızan təcavüz hesabatından çox narahatdır və ictimaiyyətin oxunması üçün uyğun deyil.
Yepiskop əlavə edib ki, skandal hesabatı oxuduqdan sonra bir ay müddətində işdən ayrılmalı olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar