Xəbər lenti
Professor:"Qarabağda amerikanların, italyanların universitet açmasına ehtiyac yoxdur..."

"Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsini ancaq alqışlamaq lazımdır”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin sabiq deputatı, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, bu universitet vasitəsi ilə azərbaycanlı tələbələr min illik İtaliya təhsil sistemini öyrənəcəkər:
"Hər bir universitet bir fənərdir. İndiyə kimi 51 fənər öz işığını Azərbaycana paylayırdı, indi bu 52 oldu. İtaliya təhsil sahəsində qədim dövlətlərdən biridir. Azərbaycanlı tələbələr bu universitet vasitəsi ilə İtaliyanın min illik təhsil tarixini öyrənəcək. Onlar öz metodikalarını burada tətbiq edəcək və Azərbaycan xalqının mədəniyyətini, incəsənətini, tarixini öyrənib İtaliyada tətbiq edəcək. Çox əlverişlidir. Bu mənim üçün gözəl xəbər oldu”.
Şahlar Əsgərov hesab edir ki, Azərbaycan Dövlət Universiteti isə Qarabağda açılmalıdır:
"Bir anlığa təsəvvür edin ki, Qarabağda bir universitet biz açmışıq, ikincisini də fransızlar. Hansı ürəkdən Qarabağın tarixini öyrənər? Əlbəttə ki, biz. Ona görə də Qarabağda amerikanların, italyanların universitet açmasına ehtiyac yoxdur. Onu Azərbaycan xalqı açmalıdır, çünki orda bizim tariximiz var. Ermənilərin o torpaqda tarixi yoxdur. O tarixi öyrənmək üçün universitetləri də özümüz açmalıyıq. Qarabağ bizim dərdimizdir, italyanların yox”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın "Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlı layihədən danışıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar