Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

1969-cu ildə yazılmış məktub tapıldı: 11 yaşlı qızın reallaşan öncəgörümləri hamını ŞOKA SALDI

Tarix: 04-02-2021 19:10     Baxış: 3253 A- / A+
1969-cu ildə yazılmış məktub tapıldı: 11 yaşlı qızın reallaşan öncəgörümləri hamını ŞOKA SALDI


Böyük Britaniyanın Piterboro şəhərində yaşayan mebel bərpaçısı Piter Bekerton köhnə divanın içindən 1969-cu ildə yazılmış bir məktub tapıb. Məktubda artıq gerçəkləşən öncəgörmələr yer alıb.


Manevr.az sfera.az-a istinadən bildirir ki, usta bərpa edilmək üçün ona göndərilən köhnə divanın içindən 1969-cu ilin 23 fevralında 11 yaşlı qızın yazdığı bir məktub tapır. Sözügedən məktubda məktəbli qızcığaz gələcək həyatı, gələcəkdə dünyanın necə olacağı ilə bağlı fantaziyalarını təsvir edir. Bu ona verilən ev tapşırığı olub.

Qızcığaz yazırdı ki, illər sonra telefonlar ekranlı olacaq və həmsöhbətlər bir-birini görə biləcək. "Bu bir az televizora bənzəyir",- deyə məktub müəllifi qeyd edir. Onun proqnozlarına görə, televizorlar da dəyişəcək: onlar kiçik ölçülü qutulardan böyük ekranlara çevriləcək və həmin ekranları divanda oturaraq düymələr vasitəsilə idarə etmək mümkün olacaq. Qızcığaz həmçinin yazırdı ki, evlərə düymə ilə idarə edilən elektrik qapılar qoyulacaq.

Amma məktubda gerçəkləşməyən proqnozlar də var. Misalçün, qızcığaz ümid edirdi ki, gələcəkdə vərdiş etdiyimiz qida olmayacaq, xüsusi saqqız çeynəyib doyacağıq, bu üzdən çirkli qab-qaşıq yumağa ehtiyac qalmayacaq.

Bekertonun xanımı Roza sözügedən məktubun müəllifini tapmaq ümidilə onu sosial şəbəkədə paylaşmaq qərarına gəlib. Qadın qeyd edib ki, həyat yoldaşı köhnə mebellərdə tez-tez nələrsə tapır, amma bu dəfəki tapıntı qədər maraqlısı olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar