Xəbər lenti
Məcburi köçkün qazi oğlu da Şuşada “ev” istəyir
“Sevgi mesajı” məhbusu cəzasını Şuşa qazamatında çəkməyi diləyir
Füzulidən məcburi köçkün qazi ailəsinin oğlu Elməddin Mehdi oğlu Kərimovun anası növbəti dəfə oğlunun işinə yenidən baxılması və ya əfv olunması üçün dövlət başçısına və əfv komissiyasının üzvlərinə müraciət edib.
Bu dəfəki müraciətdə ailə Şuşada ev diləklərini də çatdırıblar. 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə 5 il sonrakı hökmlə 5 il həbs cəzasına məhkum edilən qazi oğlunun cəzasının qalan 15 ayını Şuşa həbs evində çəkməsini diləyən ailə doğma yurdun cəfasını, qəzasını da çəkməyə hazırdır.
1997-ci il doğumlu Kərimov Elməddin Mehdi oğlu 2013-cü ildə -16 yaşının içində olanda 15 yaşın içində olan məktəb yoldaşı qızın sevgi mesajına qarşılıqlı cavab verməsinin cəzasını 19.05.2017-ci il tarixli hökmlə Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsində 3 il 9 aydır çəkir. Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən Əlisultan Osmanov ) 1 (101)-62/17 saylı hökmlə Cinayət Məcəlləsinin 150.2.3 maddəsinə əsasən qazi oğluna 4 il qabaqkı məktəbli sevgisinə görə 5 il həbs cəzası verib. Məhkəmə 16 yaşlı uşağın 15 yaşlı qıza qarşı “AŞKAR SURƏTDƏ YETKİNLİK YAŞINA ÇATMADIĞINI BİLƏRƏK SEKSUAL ƏXLAQSIZLIQ ETMƏSİ” QƏRARINA GƏLİB. Halbuki, bu uşaqların hər ikisi yetkinlik yaşına çatmayıb və aralarında yalnız sevgi mesajlaşması olub. Eyni zamanda, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 5 dəfə (!) BAKİRƏLİYİN POZULMADIĞI HAQQINDA RƏY VERİB. Məhkəmə isə nə bu sübuta ehtiyacı olmayan yaş həddinə baxıb, nə də 5 ekspert rəyinə. Heç bir dəlil-sübut, şahid ifadələri olmadan qarşı tərəfin şərləməsi ilə Qarabağ qazisinin gələcəyin döyüşçüsü olacaq oğluna 5 illik məhbəs həyatı “bağışlayıb” . Məcburi köçkün qazi ailəsinin min manata tutduğu vəkil (etik səbəblərdən adını açıqlamırıq) də aldığı ödənişin qarşılığında heç bir xidmət göstərməyib və pulu da qaytarmaqdan imtina edir.
3 il 9 aydır məhbus ailəsi uşaqlarının işinə yenidən baxılmasını tələb edir, lakin baxan yoxdur. İndi məcburi köçkün qazi ailəsi dövlət başçısından məhkəmənin “bağışladığı” həbs evinin Şuşadakı qazamata dəyişdirilməsini diləyir.
İndi siz əfv komissiyasınındır :QAZİ OĞLUNA ŞUŞADA CƏZA EVİ BAĞIŞLAMAQ OLARMI?
Məğrur Bədəlsoy
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar