Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA

Tarix: 04-02-2021 11:37     Baxış: 3202 A- / A+
Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə, yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də fevralın 15-dən metronun da fəaliyyətinin bərpa ediləcəyi ilə bağlıdır. Fevralın 15-dən metronun da fəaliyyəti bərpa edilə bilərmi?


Manevr.az
xəbər verir ki, bununla bağlı sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:

"Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Ali məktəblərdə ənənəvi təhsil bərpa edildikdən sonra metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən də Operativ Qərargaha müraciət olunub.Həmçinin bildiyiniz kimi, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar