Xəbər lenti
Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb

Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.
Manevr.az məlumatına görə, uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.
Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.
Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























