Xəbər lenti
10 illik hədəf: Pensiyalar artırılacaq, böyük qayıdış və... – Deputat AÇIQLADI
“Prezident İlham Əliyevin dünən imzaladığı və 5 əsas istiqaməti özündə ehtiva edən 10 illik “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam ölkənin müasir çağırışlara və standartlara uyğun olaraq iqtisadi inkişafının davam etdirilməsini, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur”.
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a danışan millət vəkili Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir: “İnklüzivlik həm formalaşan və istifadə olunan dəyərdə cəmiyyətin daha yaxından iştirak etməsini, həm də dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də artıq insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması da əsas hədəflərdən biridir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, onlar üçün yeni təşviq mexanizmlərinin istifadə olunması da hədəflər siyahısına daxildir”.
V.Bayramov qeyd edib ki, bu, həm daxili bazarda rəqabətin güclənməsinə, yerli istehsalın genişlənməsinə, həm də Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq: “Nəticə etibarilə bu da milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur. Sosial təminatla bağlı da islahatlar davam etdiriləcək. Pensiya islahatlarının davam etdirilməsi, minumum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulur”.
Deputat əlavə edib ki, müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq: “Pensiya islahatları həm də pensiya miqdarı ilə sığorta haqları arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunmasına və onların daha çox pensiya almasına imkan yaradacaq”.
V.Bayramov vurğulayıb ki, böyük qayıdış da əsas hədəflərdəndir: “Böyük qayıdışın reallaşması mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastrukturun formalaşdırılması, növbəti mərhələdə isə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək. Bu da nəticə etibarilə böyük qayıdışn reallaşmasına imkan yaradacaq.
Bütövlükdə, bu prioritetlər dərinləşmiş islahatların növbəti 10 ildə də davam etdiriləcəyindən xəbər verir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar