Xəbər lenti
“Mollalar narkotik alverçiləri və qohumlarının yasına, toyuna qatılmayacaq” -Qərar

Məscid imamlarının iştirakı ilə keçirilən yığıncaqdada İnquşetiya Alimlər Şurası narkotik ticarəti etməkdə günahlandırılan şəxslərin dini icmalardan xaric edilməsinə qərar verib.
Manevr.az xəbər verir ki, bu haqda “İnterfaks”ın bölgə müxbiri məlumat yayıb.
Respublika ilahiyyatçılarının kollektiv qərarına yerli gənclər arasında narkotik istifadəsinin məyusedici statistikası əsas verib. Hazırda İnquşetiyada narkotik asılılığından müalicə üçün təxminən 1,6 min nəfər qeydiyyata alınıb. Bunlardan 237-i dispanser, 1359-u isə profilaktik müalicə qeydiyyatındadır.
Ötən illə müqayisədə narkomanların sayı 39 nəfər artmışdır. Onların böyük əksəriyyəti 35 yaşdan kiçik gənclərdir.
İnquşetiya Müftisi İsa Hamxoyev yerli müsəlman icmalarından kənarlaşdırılmanın mahiyyətini izah edib: bundan sonra dini liderlər, şəhər, qəsəbə, kənd imamları, mollalar narkotik alverçilərinin və onların yaxın qohumlarının evlərindəki toylara, cənazə, yas mərasimlərinə və digər ailə tədbirlərinə qatılmayacaqlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar