Xəbər lenti
1976-cı il istehsalı "Apple 1" kompüteri hərraca çıxarıldı - REKORD QİYMƏT
Bir qayda olaraq yeni rəqəmsal texnika satışa çıxandan sonra onun qiyməti enməyə başlayır. Smartfonlar və kompüterlər tez köhnəlirlər və onları digər yeni modellər əvəz edirlər. Lakin söhbət, nadir və ya eksklüziv cihazlardan gedəndə vəziyyət dəyişir.
Manevr.az "technote"a istinadən xəbər verir ki, "eBay" hərracında 1976-cı ildə istehsal olunmuş və əfsanəvi Steve Jobs tərəfindən yığılmış tam işlək "Apple 1" kompüteri ortaya çıxıb. Hərraca çıxarılmış bu cihazın qiyməti isə hər kəsi təəccübləndirir.
1.5 milyon dollar qiymətinə hərraca çıxarılmış kompüterin sahibinin sözlərinə əsasən o, kompüterin saxta olmadığını təsdiqləyən sertifikata sahibdir. Başqa sözlə desək, hərraca çıxarılmış "Apple 1" kompüteri vaxtı ikən Steve Jobs-un dünyanın ilk kompüter mağazalarından biri olmuş "Byte Shop"a satmış olduğu 50 kompüterdən biridir.
Məhsulun təsvirində qeyd edilib ki, o, tam işləkdir və "Byte Shop" KOA adlı taxta gövdədə təqdim olunur. "Apple 1" kompüteri 1 MHz tezlikdə çalışan MOS 6502 adlı 8 bit-lik mikroprosessor və 4 KB RAM ilə təchiz olunub.
Kompüterin RAM göstəricisini həmçinin 8 KB və ya 48 KB-a yüksəltmək mümkündür. 1976-cı ildə yalnız 200 ədəd "Apple 1" kompüteri istehsal olunub. Kompüterin komplektində monitor qismində isə Sony TV-115 televizoru çıxış edir. 2010-cu ildə bu cür kompüter 210.000$-a, 2014-cü ildə isə 905.000$-a satılmışdı. Maraqlısı ondadır ki, bu kompüterin sahibi 2 il bundan öncə onu 1.75 milyon dollar qiymətində hərraca çıxartmışdı. Lakin həmin vaxtda "Apple 1" kompüterinə bu qədər pul verən şəxs tapılmamışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar