Xəbər lenti
DSMF tanınmış vəkilə 185 min manat pul verəcək
Tanınmış vəkil Əkrəm Həsənovun rəhbəri olduğu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tenderin qalibi olub.
Manevr.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi "Əkrəm Həsənov və partnyorları" MMC ilə müqavilə imzalayıb. Məbləği 184 min 983 manat 88 qəpik olan müqavilə pensiya, sosial sığorta və sosial müavinət məslələri üzrə bütün instansiya məhkəmələrində təmsilçilik xidmətlərinin satın alınmasını nəzərdə tutur.
2016-cı ildə yaradılmış və 1000 manat nizamnamə kapitalı olan "Əkrəm Həsənov və partnyorları" MMC-nin qanuni təmsilçisi Əkrəm Şirvan oğlu Həsənovdur.
Qeyd edək ki, Əkrəm Həsənovun şirkəti sözugedən dövlət qurumu arasında indiyə kimi 2 satınalma müqaviləsi imzalanıb. Belə ki, 2020-ci ildə pensiya, sosial sığorta və sosial müavinət məslələri üzrə 35-i 1-ci instansiya məhkəmələrində, 65-i apelyasiya məhkəməsi instansiyalarında, 89-u kassasiya instansiyasında olmaqla, ümumilikdə 189 iş üzrə məhkəmələrdə təmsilçilik xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınması ilə bağlı 45 min 200 manat, 2019-cu ildə isə pensiya, sosial sığorta və sosial müavinət məsələləri üzrə 400-ü 1-ci instansiya, 192-si apelyasiya məhkəməsi, 46-sı kassasiya instansiyalarında olmaqla ümumilikdə 638 iş üzrə məhkəmələrdə hüquqi dəstək xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınması ilə bağlı 185 min 300 manat məbləğində müqavilə bağlayıb./qaynarinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar