Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

DTX əhalidə təşviş yaradan həkimi tapdı - Video

Tarix: 02-02-2021 16:18     Baxış: 4157 A- / A+
DTX əhalidə təşviş yaradan həkimi tapdı - Video

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılmışdır.

Manevr.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaratmışdır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilmişdir.

İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəmişdir.

İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaqdır.

Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar