Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iki avtoritet tutuldu

Tarix: 01-02-2021 11:58     Baxış: 5137 A- / A+
Azərbaycanda iki avtoritet tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, E. Rzayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan naqan tipli odlu silah, onun üzərindən isə 1,16 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Bundan başqa, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə kriminal aləmin üzvü olan şəhər sakini, 43 yaşlı “İska” ləqəbli İsmayıl İrzayevi saxlayıb. İ. İrzayevin üzərinə baxış keçirilən zaman ondan 1,88 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Baxış zamanı evdən narkotik vasitə ilə yanaşı odlu silah da aşkar edilib. Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən və kriminal aləmdə “İska” ləqəbi ilə tanın İsmayıl İrzayev narkotik istifadəçisi olduğunu, həmin heroini də bir neçə ay əvvəl Bakı şəhərindən aldığını etiraf edib. İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub.

Hazırda odlu silahdan hər hansı bir cinayət əməlində istifadə olunub olunmaması istiqamətində araşdırmalar davam etdirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar