Xəbər lenti
Şəhid atası:"İcra başçısı Şəhidlər Xiyabanına su çəkilməsinə nə razılıq vermir, nə də..."- ŞİKAYƏT -ŞƏKİLLƏR/VİDEO
Daha bir şəhid atası məmur biganəliyindən şikayət edir.
Göyçay rayonunun Çərəkə kəndindən olan şəhid Eldar Bağırovun atası Şirinov Bağır Eldar oğlu tərəfindən Manevr.az-ın elektron ünvanına göndərilən şikayət məktubunu təqdim edirik:
"Mənim oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və mənim oğlum Eldar ermənilərlə bir neçə saat döyüşüb mühasirəni yarıb özləri şəhid olmaqla 70 dən çox hərbiçimizin sağ qalmasına nail olublar. Eldar ailənin tək oğlu idi.
Oğlum dəfn edildiyi Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə idi. Şəhidliyiə görə aldığımız 11.000 manat sığorta pulunu mən Şəhidlər Xiyabanının abadlaşdılmasına xərcləmişəm. Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir. Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm. Hazırda isə arzum orada şəhidlər bulağı inşa etdirməkdir.
Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi, Şəhidlər Xiyabanı ilə maraqlanmayıb. Heç bir köməklik göstərməyib onun bu laqeyidliyi mənə çox pis təsir göstərir. Eşıtmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir ancaq Göyçay icra başçısı 500 manat pul vermişdir. Mən şəhid oğlumun nəzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm.
İcra başçısı Çərəkə kənd Şəhidlər Xiyabanına su çəkilməsinə nə razılıq vermir, nədə ki, köməklik göstərmək istəmir. Hələ Şəhidlər Xiyabanının girişi və yan tərəfi çox bərbad gündədir.
Yuxarıda qeyd etdiyim kimi, mənim oğlum Eldar əsgər olsa da 5 nəfər zabitlə birlikdə bir neçə saat erməni hərbiçiləri ilə vuruşub, mühasirədə olan 70 nəfərdən çox əsgərimizi xilas etməklə özləri qəhrəmancasına şəhid olublar. Bunu sağ qalmış hərbiçilər mənə danışanda qürur duyuram, fəxr edirəm ki, belə bir qəhrəman oğlun atasıyam.
Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və Şəhidlər Xiyabanı ilə maraqlanmayıb.
Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik, şəhid ailəsinə laqeydlik göstərən şəhidlər xiyabanını baxımsız qoyan icra başçıs barədə tədbir görəsiniz və oğlumuz Eldarın qəhrəmancasına şəhid olmasını araşdırıb ona layiq olduğu adı verəsiniz.
Əlaqə telefonu; (050) 388-85-31"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar