Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş hakimlər vəkil kimi fəaliyyətə başlayıblar

Tarix: 27-01-2021 20:44     Baxış: 3233 A- / A+
Keçmiş hakimlər vəkil kimi fəaliyyətə başlayıblar

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şihafi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizəd gözləyir.

Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içiblər.

O cümlədən vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti Aparatının əməkdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Eyni zamanda iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar