Xəbər lenti
Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana -ŞƏKİLLƏR
Xarkovda böyük bir ailə zibil ilə dolu bir mənzildə yaşayıb.
Manevr.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, iki qadın və üç uşaq çölə çıxmayıb, ancaq mənzildə öldürülən itləri yeyiblər.
Ukrayna Milli Polisindən verilən məlumata görə, yanvarın 21-də polisə bu mənzildə bir uşağın ağladığı mesajı gəlib. Mesaj göndərən içindəki böyük zibil səbəbindən mənzilə daxil ola bilməyib.
Bir istintaq-əməliyyat qrupu, uşaqlar üçün xidmətin nümayəndələri, ailələr və gənclər üçün sosial xidmətlər mərkəzi həmin yerə yollanıb..
Polis bu mənzildə 57 və 30 yaşlı qadınların və 2, 6 və 11 yaşlı üç uşağın yaşadığını müəyyənləşdirib.
Eyni zamanda, 11 yaşlı qız məktəbə getməyib, bu barədə Təhsil Şöbəsi polisə xəbər verib.
Mənzildə hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətli bir mənzərə ilə rastlaşıblar.
Uşaqlar antisanitariya, həyati təhlükəli şəraitdə yaşayıblar, mənzilin girişindən çıxan pilləkənlər zibillənmiş, hər tərəf tarakan və siçovullarla dolmuş olub. Mənzilin su təchizatı da işləməyib.
Qonşular, ailənin heç küçəyə gəzdirilməyə çıxarılmayan beş itlə saxladığını söyləyiblər.
İnstagramda bu mənzildən görüntüləri paylaşan ukraynalı blogger, ailənin öldürülən heyvanları yediyini söyləyib.
“Küçəyə çıxmayıblar. Mənzildə öldürdükləri itləri yeyirdilər”, - blogger yazıb.
Uşaqların çölə çıxmadığı üçün isti paltarları belə olmayıb.
2 yaşlı oğlan və 6 yaşlı qız polis tərəfindən ailədən alınaraq xəstəxanaya aparılıb.
Bu faktla əlaqədar "Uşağa baxma vəzifələrini yerinə yetirməmək" maddəsi ilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar