Xəbər lenti
Evi yanaraq külə dönən şəxs: “Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox” - Şəkil
“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, çadırda yaşayırıq. Bizə yardım edən yoxdur”.
Manevr.az xəbər verir ki, bu şikayətlə “qafqazinfo”ya Yasamal rayonu, Şərifzadə küçəsi 111a ünvanında yaşayan Zahid Məmmədov müraciət edib.
Onun sözlərinə görə, ailə Şuşa şəhərindən məcburi köçkündür. Atası, anası və qardaşı ilə birlikdə 1996-cı ildən bu ünvanda tikdikləri ikiotaqlı evdə yaşayıblar. Yanvar ayının 21-i evlərində qısaqapanmadan yanğın hadisəsi baş verib:
“Hamımız işdə olmuşuq, yalnız atam evdə olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlincə ev yanaraq külə dönüb. Bütün əşyalarımız yanıb, heç nə çıxara bilməmişik”.
Z. Məmmədov iddia edir ki, aidiyyəti orqanlara müraciət olunsa da, vəziyyətləri ilə bağlı yardım edən olmayıb:
“Atam Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qəbulunda olub. B.Səfərov deyib ki, “mən sizin Şuşada icra başçınızam, Bakıda yox”. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Dedilər ki, bazar ertəsindən bizim problemlə məşğul olacaqlar, amma heç bir köməklik edən yoxdur. Həm atam, həm də anam yaşlı insanlardır, xəstədirlər. O gündən bu vəziyyətdə çadırda yaşayırıq”.
Şikayətçinin sözlərinə görə, ötən gün ailəyə universitetlərin birinin yataqxanasında yaşamaq təklif olunub, lakin razılaşmayıblar:
“Biz öz evimizi istəyirik, xahiş edirik, evimizin təmirinə köməklik olunsun”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə, onların müvəqqəti yaşayış yerlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına diqqət göstərilir:
“Bakı şəhərinin Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakini Qafarov Sərvan Arif oğlu və Şuşa şəhər sakini Məmmədov Vahid Allahyar oğlu bir müddət bundan əvvəl elektrik naqilindəki qısaqapanma nəticəsində yaranan yanğında yararsız hala düşmüş yaşayış yerlərinin bərpasına kömək gəstərilməsi xahişi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Hazırda Dövlət Komitəsində bu müraciətlərə baxılır və doğma yurda qayıdışı gözləyən vətəndaşlara mövcud qanunvericilik çərçivəsində, müvafiq köməklik göstərilməsi imkanları nəzərdən keçirilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar