Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlar şəhid ailələrinə baş çəkirmi? - Açıqlama

Tarix: 27-01-2021 10:50     Baxış: 3250 A- / A+
Deputatlar şəhid ailələrinə baş çəkirmi? - Açıqlama

Son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Milli Məclisin deputatlarının 44 günlük müharibədən sonra şəhid ailələrinə, yaralılarla, veteranlara baş çəkməsidir.

Xüsusilə müharibə iştirakçılarına psixoloji dəstəyin zəruri olduğu indiki vaxtda deputatların onlarla görüşünün vacibliyi qeyd olunur.

Görəsən, deputatlar bu mənəvi missiyanı yerinə yetirirmi?

Manevr.az axar.az-a istinadən deputatlarıdan bəzilərinin cavablarını təqdim edir:

Zahid Oruc:

Mən hələ müharibə zamanı şəhidlərimizin dəfn mərasimində iştirak etmişəm. Lakin bununla bağlı ictimaiyyətə geniş açıqlama vermirdim. Bildiyiniz kimi, müharibə zamanı ən çox zərər dəyən ərazilərimizdən biri mənim təmsil etdiyim Bərdə rayonu idi. Bizim rayon təkcə hərbi itkilər deyil, mülki itkilər baxımından da ilk sıradadır. Bu gün də biz bu şəxslərlə vaxtaşırı görüşür, problemlərini həll etməyə çalışırıq.

Hazırda bizim üçün region, ərazi fərqi yoxdur. Şəhidlər hər birimizindir. Çalışırıq, onların ailələrinə yaxından kömək edək, dərdlərini dinləyək. Prosesə bir an da fasilə verməmişik.

Vüqar Bayramov:

Müharibədən sonra mütəmadi olaraq həm canlı, həm də onlayn formatda onlarla görüşlər keçiririk. Bildiyiniz kimi, yanvar ayı bizim tətil müddətimiz sayılır. Mən tətil müddətimdə Füzuli rayonunda yaşayan bütün şəhid ailələrini ziyarət etdim. Həmin görüşlər əsnasında yerli icra hakimiyyəti orqanları da bizimlə idi. Hər bir şəhid ailəsi, qazilərimizin ailələri ilə ayrılıqda görüşüb, onların bütün problemlərini müzakirə edib, yerindəcə tanış olmuşam. Millət vəkili olaraq onları narahat edən bütün məsələlərdə dəstək olmağa çalışıram.

Qeyd edim ki, Füzuli rayonunun bütün şəhid və qazi ailələrinin evində YAŞAT Fondunun, Heydər Əliyev Fondunun və yerli icra orqanlarının nümayəndələri olub. Bu qurumlar da öz növbələrində ailələrə müntəzəm dəstək göstərirlər.

Vahid Əhmədov:

Müharibə zamanı zərər çəkən rayonlarda olmuşam. Xəsarət alan mülki şəxslər, onların ailələri, eyni zamanda şəhid ailələri ilə görüşlərim olub. İndi də bu fəaliyyətimiz davam edir. Düzdür, müharibədən sonra birbaşa gedib görüşməmişəm, lakin bir çox məsələdə şəhid ailələrinə, qazilərə onların xəbəri olmadan kömək edib, problemlərini həll etmişəm. Bu gün də şəhid ailələri, qazilərlə bağlı problem olduqda bacardıqca kömək edir, dinləyirəm.

Rayonlarda bir çox icra başçısı ilə daim əlaqədəyik. Onlar da öz növbələrində həmin ailələrə baş çəkir, problem olduqda mənə deyirlər. Ümumiyyətlə, bu məsələləri hər zaman aktual saxlayıram, tez-tez dilə gətirirəm. Çünki şəhid və yaralılarımızın ailələrini unutmaq olmaz.

Aydın Mirzazadə:

Şəhid ailələri, qazilərimizlə birbaşa görüşlərim olub. Xüsusilə də seçildiyim Mingəçevir şəhərində Vətən müharibəsi zamanı şəhid vermiş 50 ailənin evinə zəng edərək, ya valideynləri, ya da həyat yoldaşları ilə danışmışam, problemlərini dinləmişəm. Onu da deyim ki, hər birində mənim nömrəm var. Bildirmişəm ki, istədikləri zaman zəng edib problemlərini deyə bilərlər. Hətta bir çoxu ilə sıx əlaqələrim var.

Bundan başqa, yerli icra hakimiyyət orqanları ilə YAŞAT Fondu, Heydər Əliyev Fondu ilə bu ailələri görüşdürür, onları dəvət edirik. İcra hakimiyyəti orqanları ilə bu şəxslərin evini ziyarət edir, dərdlərini dinləyir.

Elman Nəsirov:

Mən Cəlilabad rayonundan seçilmişəm. Pandemiya ilə əlaqədar rayona tez-tez gedə bilmirəm. Getdikdə istər-istəməz digər insanlar da toplaşır və bu da öz növbəsində karantin rejiminin tələblərinin pozulmasına gətirib çıxarır. Buna görə də biz onlarla daha çox onlayn danışırıq. Bəli, qazi, şəhid ailələri ilə görüşürəm. Hər birində nömrəm var. Mən və köməkçim tez-tez onlarla əlaqə saxlayır, problemlərinin həlli ilə məşğul oluruq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar