Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR

Tarix: 26-01-2021 20:16     Baxış: 3124 A- / A+
Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR

Statistikaya əsasən, hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla dollar itki ilə yanaşı, həmçinin, ətraf mühitə ciddi şəkildə zərər vuran zəhərli tullantılar deməkdir.

“Technote” xəbər verir ki, təkcə Böyük Britaniyada zibilliyə atılmış smartfonların ümumi dəyəri 9 milyard dollardan çox olub.

Bununla belə istifadəçilərin əksəriyyəti öz cihazlarını emal etmək əvəzinə onları birbaşa zibilliyə atırlar. Təkcə İngiltərədə 4.7 milyon insan məhz bu cür edir. Onlardan çoxu istifadə olunmayan cihazların hansı qiymətə olduqlarını təsəvvür etmirlər.

Bu məsələdə qənaətçil olan şəxslər isə istifadə olunmayan cihazları sadəcə olaraq evlərində saxlayırlar. Maraqlısı ondadır ki, köhnə smartfonların dəyişdirilməsi üzrə fəaliyyət göstərən xidmətlər köhnə smartfonlar üzərindən vəsait qazanmağa çalışan insanların sorğularını qane etmirlər. Məsələn, yeni smartfon alışında köhnə cihazını vermiş alıcıların 25%-i yetərincə vəsait əldə etmədiklərini düşünərək özünü aldadılmış hesab edir.

Hər il zibilliyə atılmış çoxlu sayda elektron cihazla birlikdə 62.5 milyard dollar itirilir.
Onlardan yalnız 18%-i bu və ya digər üsul ilə emal edilir.

Mütəxəssislərin sözlərinə əsasən, bu problemi bir neçə yol ilə həll etmək olar. Məsələn, bir sıra ölkələrdə bərpa edilmiş telefonlar bazarı mövcuddur. Adi emal prosesi də effektivdir.

Tədqiqata əsasən, bütün dünya üzrə elektron tullantıların tərkibində olan qızıl miqdarı il ərzində qızıl yataqlarından əldə olunan qızıl miqdarının 11%-ni təşkil edir. Maraqlısı ondadır ki, yataqlarda tonlarla daşlardan sadəcə 5 qram qızıl əldə olunur. Lakin zibilliyə atılmış tonlarla smartfonlardan 200 qram qızıl əldə etmək olar.

Qızıldan əlavə, bu cür tullantılardan 100 kq mis və 3 kq gümüş əldə etmək mümkündür. Təəssüflər olsun ki, bütün bunların çox hissəsi hələki zibiliiyə göndərilir və zəhərli elektron tullantıların illik miqdarı 100 milyon tona çatır.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar