Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? - AÇIQLAMA

Tarix: 26-01-2021 18:22     Baxış: 4415 A- / A+
Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? - AÇIQLAMA

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox müzakirə olunan məsələyə çevrilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən sorğuya start verilməsi bu müzakirələri daha da aktuallaşdırıb.

Hazırda ən çox sual doğuran məsələlərdən biri də budur: Bakıda evlə təmin olunmuş məcburi köçkünlər öz yurdlarına qayıtmayacaqları təqdirdə dövlət tərəfindən verilmiş mənzillər onların əlindən alınacaqmı?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov doğma yurdlarına qayıtmamışdan əvvəl heç bir məcburi köçkünün əlindən evlərinin alınmayacağını bildirib:

“Heç kimi yurd-yuvasına qaytarmamışdan qabaq yaşadığı yerdəki evini əlindən almayacaqlar, bu birmənalıdır. İşğaldan azad olunmuş ərazilərimizdə insanlarımızın qayıdışı üçün şərait yaradılandan sonra, artıq qayıdış proqramı ilə bağlı işlər görülüb başa çatdırılandan sonra nələrsə olacaq. Bu, özbaşına olmayacaq. Bunlar hamısı Cənab Prezidentimizin başçılığı altında dövlət proqramı səviyyəsində həyata keçiriləcək və məcburi kökçünlərimiz müəyyən qayda, qrafik üzrə doğma yurdlarına dönəcəklər. Həmin köçürülməyə qədər heç kimi yaşadığı yerdən çıxarmaq məsələsi yoxdur. Əgər kimlərsə bu barədə vətəndaşlarımız arasında səhv təbliğat aparırsa, söz-söhbət yaradırsa çox səhv edir. Bu dövlət səviyyəsində, prezidentimizin rəhbərliyi altında həyata keçirilən tədbirlərdir, böyük qayıdış proqramıdır. Hər bir kənd, qəsəbə, şəhər əhalisinin doğma yurd-yuvasına qayıtması üçün, orada yaşamaq, işləmək, fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacaq. Ondan sonra məcburi köçkünlərimizin yuvalarına qayıdışı başlanılacaq. Ona qədər də heç kim, heç kimə deyə bilməz ki, sən burda yaşadığın evdən çıx. Bunlar hamısı kimlərinsə apardığı səhv təbliğatın nəticəsidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar