Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni nazirə ilk ittiham: Harvard məzunu deyil, saxtakarlıq edib!

Tarix: 26-01-2021 14:54     Baxış: 3164 A- / A+
Yeni nazirə ilk ittiham:

Prezidentin bu gün təyin etdiyi yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev saxtakarlıq edib.

Manevr.az xəbər verir ki, belə bir iddia ilə ictimai fəal Bəxtiyar Hacıyev çıxış edib. Onun sözlərinə görə, yeni nazir öz tərcümeyi-halına guya Harvard Universitetinin məzunu olması ilə bağlı məlumat daxil edib: "Bu birinci hal deyil ki, hansısa məmur əvvəlcə öz CV-sinə Harvard Univesiteti sözünü qeyd edib, sonra da o CV-ni prezidentə təqdim edib. Gənc məmurlar arasında dəb almış haldır.
Məsələ burasındadır ki, Harvard Universitetində 1, 2, 3, 5 günlük kurslar var. Kursların qiymətləri 8-10 mindən başlayır. Universitetin bir çox xərclərində ərəb ölkələrindən, keçmiş MDB ölkələrindən, Afrika ölkələrindən Harvarda gəlib, 2 günlük kursa 10 000 dollar ödəyənləri gəzdirirlər, 2-3 seminar keçirlər, yola salırlar. Onlar da qayıdıb tərcümeyi hallarına yeni nazir kimi "təhsilini Harvard Universitetində davam etdirmişdir" kimi yazırlar. Bu hal xüsusilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş yayılıb, prezidentə təqdim edilən CV-lərdən çoxunda belə yazırlar. Halbuki, nə məzun deyillər, nə də 2 günlük kursa "təhsilini davam etdirmək" demirlər. Məzun məmurlar Vüsal Hüseynov, Emin Hüseynov, Şahmar Mövsümov və digərləridir.
Əgər bir nazir öz tərcümeyi halında belə saxtakarlığa yol verirsə, ondan böyük dəyişikliklər gözləmək əbəsdir. Yeni təyin edilən nazir əgər media və ictimaiyyət qarşısında bu faktı dəqiqləşdirib, işinə davam etsə, ona uğurlar. Yox, sükutla keçsə, o zaman saxtakarlıqla da davam edəcək işlərinə".
Qeyd edək ki, R.Nəbiyevin bundan əvvəl rəhbərlik etdiyi “Azərkosmos”un saytında yerləşdirilən tərcümeyi-halında yazılıb: "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos”un sədri vəzifəsinə təyin edilib. “Azərkosmos”a sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. 2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar