Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb - VİDEO

Tarix: 26-01-2021 10:03     Baxış: 4259 A- / A+
117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb - VİDEO


Türkiyənin Yalova şəhərinin Çiftlikköy rayonunda yaşayan 117 yaşlı Zeliha Barlas adlı qadın əlləri ilə hördüyü rəngarəng 115 cüt corabı Silahlı Qüvvələrə bağışlayıb.

Manevr.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nənənin əl işi ağır şəraitdə xidmət edən Şırnakdakı Kureşin Təpə bazasındakı hərbçilərə təhvil verilib. Həmçinin əsgərlərə Z.Barlasın səmimi məktubu da paylanıb.

Zeliha nənənin məktubunu oxuyan mehmetçiklər corabları geyərək əməliyyat hazırlığına başlayıb. Hərbçilər corabları geydikdən sonra bölgədəki PKK terror təşkilatına qarşı kəşfiyyat, müşahidə və dinləmə fəaliyyətinə keçiblər.

Nazirlik məlumatında Z.Barlasa xüsusi təşəkkürünü bildirib: “Soylu millətimizin qəhrəman övladlarını unutmayaraq bir-birindən gözəl corabları mehmetçiklərimizə bağışlayan, xeyir-duası ilə Türkiyə Silahlı Qüvvələrimizə dəstək olan 117 yaşındakı Zeliha nənəmizə bir daha təşəkkür edir, sağlam və xoşbəxt uzun ömür diləyirik. Zeliha nənəmizin əllərindən öpürük...” (ölkə.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar